Tez-tez işıq olmadığı və ya şəbəkə pozuntusu olan evlərdə və müəssisələrdə generator lazımdır. Sualın həlli buradadır – sabit və düzgün elektrik enerjisi necə təmin etmək olar.

Generatora nə qədər və neçə elektrik cihazının bağlanacağını hesablayın. Həmən generatorlar aşağıdakılara bölünür:

  • nominal gücündən çox olmayan istilik axınlarını istehsal etməyənlərə. Məsələn: elektrik lampalar, elektrik bişirmə plitələri, çaydan, ütü, televizor, kompüter;
  • quraşdırılmış elektrik motorlu avadanlıq. İşə salınma anında işləmə müddətindən daha çox elektrik istehlak edirlər. Məsələn: burğular, mişarlar.

Vacibdir: cihazların ümumi gücünü hesablayarkən nominal deyil, başlanğıc istehlakı nəzərə alınır.

Bir generator necə seçilir və ən yaxşısı hansıdır sualı aşağı yazıda təhlil edəcəyik.

Generator seçimi: mənzil üçün, bağ evi üçün

Bir generator almaq barədə düşünürsinizsə, onda 100% ehtimalla buna ehtiyacınız var. Hər şeydən əvvəl amillərdən hansının sizin üçün üstün olduğuna diqqət yetirin: çəki, ölçülər, səs-küy səviyyəsi, güc və ya qiymət.

Mənzil üçün

İstifadə etməyi planlaşdırdığınız cihazların sayına diqqət yetirin.

Minimum hesablama belədir:

  • gecə-gündüz işləyən soyuducu; 
  • axşam vaxtı olan işıqlandırma; 
  • su təchizatı üçün nasos istismarı.

İstehlak orta hesabla gündə 2 ilə 5 kVt arasında dəyişir.

Bağ evi üçün

İstilik, su, elektrik enerjisi təchizatın üçün generator üçün bir sıra xüsusi tələblər var:

  • güc (5 ilə 8 kVt arasında) – evdəki bütün avadanlıqlar üçün qəza mənbəyi kimi;
  • kifayət qədər çənin həcmi – daha uzun müddətli işləməsi üçün;
  • qənaətli yanacaq sərfiyyatı;
  • yaradılan cərəyanın keyfiyyəti.

Tikinti və təmir briqadaları üçün

Tikinti sahədə generator yerdən yerə köçürülür və iş istənilən şəraitdə aparılır.

Sahə işləri üçün qənaətli bir seçimdir. Nəzərə alınan amillər:

  • etibarlılıq və hava təsirlərindən qorunma;
  • çənin yanacaq doldurmadan növbənin sonuna qədər işləməsi;
  • istismar asanlığı.

Açıq havada istirahət üçün

Ailənizlə səyahət etmək üçün artıq sivilizasiyadan uzaqlaşsanız da, adi rahat şəraitdən imtina etmək məcburiyyətində deyilsiniz. Avtomobilinizin baqajında çox yer tutmayan kiçik və yüngül birini seçin.

İnverter generator elektron cihazlarını qoşmaq üçün uyğundur, belə bir model 12 volt keyfiyyətli bir sabit cərəyan istehsal edir və cihazları bir stabilizator olmadan birbaşa qoşmağa imkanı verir, məsələn: akkumulyatorlu batareyalar, portativ radiolar, gadget-lər.

Məişət texnikasının gücünün hesablanması

Hər cihaz üçün texniki təlimatda işə salınma güc istehlakı göstərilir. Beləliklə, məişət texnikası üçün dərəcə 450 ilə 3000 V arasındadır (fen, paltaryuyan maşın), elektrik alətləri üçün 400 ilə 2200 V arasında (burğu, cilalama cihazı), elektrik cihazları 750-29000 V (kompressor, yüksək təzyiqli nasos).

Qoşula bilən hər cihazı saydıqdan sonra gücü toplamını tapin. Cihazı düzgün təsnif etməyi unutmayın.

Generator növləri:

  • 3 kV-a qədər – məişət generatoru. Kiçik bağ evi üçün və mənzil üçün yaxşı bir generator seçimi. Soyuducunun və su üçün nasosun işləməsi üçün kifayətdir;
  • 5 kV-a qədər – fərdi bir ev, tikinti sahəsi, pərakəndə satış nöqtələri üçün belə bir generator gücünə ehtiyac var. Elektrik alətlərini, qaynaq inventoru elektrik enerjisi ilə təmin edir;
  • 10 kV-a qədər – eyni zamanda bir neçə istehlakçını və ya işə salınma yüksək cərəyana sahib olan bir cihazı birləşdirmək mümkündür: ofislər, orta ölçülü bir mağaza;
  • 19 kV və yuxarı – peşəkar təbəqə. Müəssisələr, böyük emalatxanalar eyni anda bir neçə bağ evlərini elektrik enerjisi ilə təmin etmək üçün alınır.

Məsləhət: Gələcəkdə əlavə avadanlıqları etibarlı bir şəkildə bağlaya bilmək üçün güc ehtiyatı olan bir generator almaq daha məsədə uyğundur.

Generatorların əsas xüsusiyyətləri

Benzin yoxsa dizel ilə işləyən generator? Bu, əlbəttə ki, çətin bir sualdır. Bir benzin generatoru seçərkən, qışda şiddətli şaxtalarda hərəkətliliyini, yüngülliyini, yığcam ölçüsünü və problemsiz işləməsini nəzərə alın. Qiymət kateqoriyası ilə müqayisədə bərabər gücə malik dizel ilə işləyən generatot daha bahalıdır. Ancaq eyni zamanda iki qat imkanlara sahibdirlər.

Çənin həcminə xüsusi diqqət yetirin, o, yanacaq doldurmadan işləmə müddətini təmin edir. Bir benzogeneratoru seçərkən bunun bir bağ evi üçün ehtiyat mənbəyi kimi ən yaxşı seçim olduğunu unutmayın. Əsas odur ki, çəndə yanacaq var.

Elektrik kəsintiləri davamlıdırsa və ya ümumiyyətlə elektrik enrjisi yoxdursa, dizel generatoru ideal bir həlldir. Nəhəng bir motor mənbəyi əldə edirsiniz və qısa müddətdə sərmayənizi çıxarırsız.

Tək və üç fazalı generatorlar

Generator bir fazalı (220 V) və ya üç fazalı 380 V ola bilər.

220 V-a qədər olan istehlakı olan cihazları adi bir şnur və ştekerlə işləyən ilk seçimə bağlaya bilərsiniz. Məsələn: mikrodalğalı sobalar, lampalar, televizorlar.

İkinci seçim kotteclər və bağ evləri təmin etmək üçün uyğundur. Yükü fazalar arasında bərabər bölüşdürməyə dəyər. Aralarındakı icazə verilən fərq 20-25% -dən çox olmamalıdır, çünki bir əyilmə baş verərsə, bu generatorun sıradan çıxmasına səbəb olacaqdır.

Generatorun işə salınması növləri

Bağ evi və ya mənzil üçün bir generator seçərkən işə salınma növünü nəzərə almalısınız.

  1. Manual – 4 kV-a qədər olan generatorlarda ən çox yayılmış növü. Bağ evində qısa bir müddət ərzində qalmaq çərtilə belə bir generator almaq daha yaxşıdır.Onu işə salmaq üçün ipini çəkməlisiniz.
  2. Elektrikli starter – bağ evi üçün, 5 kV-dan olan modellər. Elektrik stansiyasının nə qədər davam edəcəyi barədə məlumatları əks etdirən avtonom bir ötürmə sisteminin (ATS) mövcudluğu bir müsbət tərəfidir. Generatorun idarəetmə panelində yerləşən işə salınma açarı ilə açılır.
  3. Distant üslubu ilə işə salma – pult elektrostartera əlavə olunur. Kiçik ölçüdə, siqnalizasiya breloka bənzəyir. İki funksiya – işə salmaq / dayandırmaq.
  4. Avtomatik işə salma (ATS) — bir neçə saniyə içində binada elektrik kəsilməsi halında stansiyanı birləşdirir.

AVR funksiyası

Avtomatik rejimdə dizel və benzin generatorları üçün bir gərginliyin tənzimləyicisidir. Gərginlik sabitliyi şəbəkənin keyfiyyətinin əsas göstəricisidir. Hər hansı bir elektrik cihazı üçün, istehsalçı icazə verilən sapma nisbətini 10%-a qədər təyin edir, lakin artıq olmamalıdır, və bu elektrik cərəyanın bir hamar artımı şərtdir. Güc atlanması elektrik cihazlarsız qalmağın100% zəmanətidir.

AVR gərginliyi eyni səviyyədə saxlayır, sapma və dalğaları istisna edir, insan nəzarəti tələb etmir.

Generatorda elektrik prizi

Güc bağlayıcılarını necə ayırmaq olar: 220V nədir və 380V nədir? Çox sadədir: elektrik prizi açırsınız: iki əsas dəliyin görünüşü olacaqdır. Bu, elektrik prizin bir fazalı cihazları, yəni 220V cihazlar üçün nəzərdə tutulduğunu göstərir. Üç dəliklə də ola bilərlər. Üçüncüsü topraqlama üçün əlavə olunur.

380V gərginliyindən danışırıqsa, beş sancaq görəcəksiz: torpaqlanma, sıfır, qalan üçü fazadır.

Benzogeneratorun seçimi: hansı brendlərə diqqət yetirmək lazımdır

Karcher brendi qüsursuz Alman keyfiyyətini və yüksək məhsul tələblərini təcəssüm etdirir. Karcher bir ev və ya mənzil üçün yaxşı bir generator seçimidir. Məişət texnikası və tikinti alətlər istehsalında ən böyük şirkət uzun müddət istehlak bazarını fəth etdi.

Könner & Söhnen sürətlə böyüyən bir Alman brendidir. Əsas istiqamət keyfiyyətli və sərfəli qiymətə malların yaradılmasıdır. Öz modernləşdirilmiş mühərrik xətti patentləşdirilmişdir.

Qənaətli generatorlar elektrik enerjisinin tez-tez atlanmasında və ya elektrik enerjisinin kəsilməsində kömək edəcəkdir. Bu, etibarlı və təhlükəsiz bir seçimdir, elektrik enerjisi təminatında sabitlik üçün yaxşı bir həlldir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Solve : *
4 + 13 =